Qonaq Kitabı
QARĞIŞ

Zülm ilə ayıran məni gülümdən,

Ömründə bir zaman xoş gün görməsin!

İstəklisin alsın fələk əlindən!

Yara həsrət qalsın, düyün görməsin!

 

Yansın hicranında, kül olub getsin,

Vəslində mum kimi ömrün əritsin,

Uzaqdan yarının ünün eşitsin,

Yaxından bir dəfə üzün görməsin!

 

Nə etmişdim sənə, ey coşqun rəqib,

Eylədin yarımdan məni binəsib,

Qoy, dedilər görsün məhbubun həbib,

İnadında durub dedin, görməsin!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info