Qonaq Kitabı
DÖNMƏRƏM

Dönmərəm mən, sevdiyim, əsla dönmərəm!

Hicranından qəddim kaman olsa da!

Cigərim möhnətdən bağlamış vərəm,

Dözərəm, hər qədər ziyan olsa da!

Eşqinin nəsimi əsməyən dəmlər,

Güllər çəmənlərdə qəmdən vərəmlər,

Hicrinlə könlümdə titrəyən simlər,

Öldürür, məni bir zaman, olsa da!

 

Sevdanda boynumu heç ölüm əyməz,

Yox olunca eşqin varlığa dəyməz,

Mənə vəslin gərək, hicran gərəkməz!

Vəslinin qayəsi yaman olsa da!

 

Könlümə hicrindən düşmüş vəlvələ,

Yaşamaq istəməm vətəndə belə,

Əgər səndən mənə bir xəbər gələ,

Müjdəyə verərəm min can olsa da!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info