Qonaq Kitabı
VƏFASIZ GÖZƏLƏ

Qıran ümidimi, atan daşımı,

Əzəldən könlümü almayan gözəl.

Gözlərimdən axan qanlı yaşımı

Mərhəmətlə, görüb silməyən, gözəl.

 

Eşqinə gətirdim sidq iman,

Hüsnündən dilərdim dərdimə dərman,

Bağladın mənimlə əhd ilə peyman,

Əhdinə vəfalı olmayan gözəl.

 

Deyirlər gözəlin vəfası yoxdur,

Bağlama könlünü, cəfası çoxdur,

Könlümün onlarsız səfası yoxdur,

Könlümə bir səfa qılmayan gözəl.

 

Qaşların əmr etdi, gözlərin aldı,

Canımı, cismimi odlara saldı,

Bəs sənin sevdiyin məkrü misaldı?

Könlü sevdasına dalmayan gözəl.

 

Qılaram eşqinin əzmini dildə,

Çəkərəm vəsfinin rəsmini dildə,

Gizlərəm ömrümün xəsmini dildə,

Ömrümə yazığı gəlməyən, gözəl.

 

Kəsdin ilhamımı, fikrim dolaşdı,

Heyrət aləmində təbim dolaşdı,

Axırı bir yerə şerim ulaşdı,

Onda da bir məna bilməyən gözəl.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info