Qonaq Kitabı
GÜLŞƏNMİ, MƏVAMI

(Mərhum Sabirə)

 

Bu qarlı dağların qara dumanlı,

Buludlar başından dağılan gündə

Çəmənlər köksünə o parlaq, şanlı,

Möhtəşəm nişanlar taxılan gündə.

 

Yeni həyat doğar yeni çəməndə,

Bülbüllər can bulur gül göyərəndə.

Birləşir varlıqlar yoxluq sönəndə

Sanıram aşiqin sevdasıdır bu.

 

Əsər növbaharın o şux küləyi,

Olur hasil onda elin diləyi,

İtməyir bağbanın səyi, əməyi,

Gəlib seyrə bağa baxılan gündə.

 

Soyuq qarlar gedər, gələr isti gün,

Gecələr yoldaşı olur gündüzün,

Bəzənir güllərlə səhərlər bütün,

Anıram Sabirin məvasıdır bu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info