Qonaq Kitabı
MƏKTƏBMİ, GÜLŞƏNMİ?

(Möhtərəm Abdulla Şaiqə)

 

Məktəb gülşənində inləyən bülbül,

Bir çox zamanlardır gəlir avazın,

Anlat, bir neçindir bu açdığın dil?

Bu güllərdən söylə, nədir niyazın?!

 

Nalənin təsiri getməz dillərdən,

Bilmişəm mən xəbər canlı güllərdən,

Əks sədasıdır, gəlir ellərdən,

O çaldığın könülyandıran sazın!

 

Qələmdən saçdığın nurlu jalələr

Çıxardı torpaqdan güllər, lalələr,

 

Çəkmə bundan belə acı nalələr,

Yetər şəm kimi suzü güdazın!

 

Əməllər toxmunu əkdiyin bağlar,

Göyərib açmışdır yaşıl yarpaqlar,

Cəhalət zəxmiylə sınan budaqlar,

Bitişib olmuşdur məhrəmi-razın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info