Qonaq Kitabı
VAQİFƏ OXŞATMA

Könül, bir laləüz, alagözlünün,

Yalvarıb, yaxarıb, ayağından öp,

Axıt göz yaşları alıb razılıq,

Qol salıb boynuna, yanağından öp.

 

Vur təpik dünyanın mülkü malına,

Aşiq ol bir yarın mah camalına,

Baxma xalqın boş-boş qeylü qalına,

Al ləblərin öpdün, buxağından öp.

 

Oynat əllərini, qucub belinə,

Dişlə ləblərini, sorub dilini,

Üz sürt qaşlarına, oxşa telini,

O incə zülfünün oylağından öp.

 

Davam et bir qədər eşqin dərsinə,

Aşiqin dərmanı olur tər sinə,

Qoy üzünü zövq al öpüb tərsinə,

Arabir zövq ilə buxağından öp.

 

 

Bədri, bu şerini yaz, çat, Vaqifə,

Heç olmasa bir az oxşat Vaqifə,

Əgər üstün gəlsə bir az Vaqifə,

Əyil qələm tutan barmağından öp.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info