Qonaq Kitabı
QAYEYİ-AMAL

Sənsən mənim eşqi-dilim, ümmidi-vüsalım.

Həm mayeyi-eşqim, əməlim, şanü cəlalım.

Həm qüvvəti-qəlbim, diləyim, əqlü kamalım...

Sənsən, yenə sənsən... mənim fikrü xəyalım,

Ey canlı dilim, ruhum, aya, mayeyi-iclal!

Ey zülməti cəhlin günəşi, qayeyi-amal!

Sənsiz yaşamaq, istəməm, ey mahcamalım!

Sənsiz olur həp, şamü tüluum zavalım,

Ey razi-dərunim, fərəhim, dərdü məlalım!

Ey varlığım, ey yoxluğum, ey şerü məalım!

Ey parlaq ümidim, mənim, ey sayeyi-iqbal.

Sənsən yaşadan ruhumu, ey qayəyi-amal!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info