Qonaq Kitabı
HİCRAN TƏRANƏSİ

Gülündən ayrılmış qərib bülbülün,

Qəfəsdə çəkdiyi fəğana yazıq!

Gecəli-gündüzlü o nazlı gülün –

Həsrətin çəkənə, yanana yazıq!

 

Ovçular əlindən könlü yaralı,

Zülm ilə gülşəndən düşmüş aralı,

Tale aşiqinə bəxtiqaralı,

Heç düşməyən yada, gümana, yazıq!

 

Qəfəslər küncündə əsir qalana,

Büsbütün mənliyi gedən talana,

Hicran atəşində daim yanana,

Çəmən içrə qərib olana yazıq!

 

Mərhəmət görməyən sevdiyi güldən,

Bəhrəmənd olmayan bir şirin dildən,

Həsrətlə yaşayan o günü-gündən –

Gözləri yollarda qalana yazıq!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info