Qonaq Kitabı
HAQQ GƏLSİN, BATİL GƏLMƏSİN

Əsarət, o məşum, o qara günlər,

Qoy olsun o günlər zail, gəlməsin.

Əsrlərcə bizə hakim olanlar,

Olmasın məqsədə nail, gəlməsin.

 

Ayılsın hər yerdə yatmış bəxtlər,

Soyulsun al-xara, zərrin rəxtlər,

Yox olsun sultanlar, dönsün təxtlər,

Olmasın xalq ona mail, gəlməsin.

 

İstibdad bağında ulayan bayquş,

Bir daha ötməsin olsun da xamuş,

Məzlumlar qanını içən o sərxoş,

O ellər düşməni - qatil, gəlməsin!

 

Məzlumlar gününün sonu gözəldir,

Batilin gedişi həqçin təməldir,

Odur ki, dillərdə bu bir məsəldir;

Deyirlər haqq gəlsin, batil gəlməsin!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info