Qonaq Kitabı
OLMASA!

Bəzənməz, düzənməz bizim bu ellər,

Qızların cehizi kitab olmasa,

Göyərməz gülşənin solmuş gülləri,

Barani-elm ilə sirab olmasa.

 

Xanım qızlar örtsə min çadra əgər,

Açıq-saçıq gəzsə, dolansa hədər,

Fərqi yox, cəhl ilə nə bilsə edər,

Elmdən üzündə hicab olmasa.

 

Şərqdə doğmaz isə ürfan yıldızı,

Cəhalət zülməti məhv edər bizi.

Ayıl bir uyğudan, ey vətən qızı,

Nolur, gözlərində bu xab olmasa?

 

Qulaq verdin bəsdir çunü çaraya,

Bütün varlığımız getdi fənaya,

Ədəblə, iffətlə gəl çıx araya!

Eyb olmaz üzündə niqab olmasa.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info