Qonaq Kitabı
ÜMİD VƏ DİLƏK

Bir ümidlə çapalamaq, çalışmaq,

Diriliyin budur bütün ləzzəti,

Ümidlərə, diləklərə alışmaq,

Mütləq əldə edər hər bir neməti.

 

Hər kəs gərək, bu diləkçin çalışsın,

İştə budur bir diləyin qayəsi.

Hər kəs gərək çalışmağa alışsın,

Hər diləyin çalışmaqdır mayəsi.

 

Ümidsizlər, diləksizlər, tənbəllər,

Alçaqlardır, fəqirlərdir cahanda.

Dirilikçin törədirlər əngəllər,

Yaşamazlar onlar heç bir məkanda.

 

Çocuqların çocuq ikən diləyi,

Çalışmaqdır, oxumaqdır, yazmaqdır,

Böyüdükdə ətrafına gül təki,

Elmin, fənnin parlaq nurun saçmaqdır.

 

 

Ümid, dilək arkadaşdır insana,

Bir iş görmək mümkün deyil köməksiz,

Deyil ümid, dilək sözü əfsanə,

Çocuqlarım, olurmu ya diləksiz!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info