Qonaq Kitabı
EY ŞƏRQ, OYAN

Ey Şərq, ey Şərq! Oyan, oyan uyğudan,

Sənin şanlı, azad, yeni günün var!

Ayıl, anla, kömək dilə duyğudan,

Çalışqan, namuslu, elin-günün var!

 

Əsir olmaqmıdır sənin arizun?

Yabançı əllərdə yazıqlar sana!

Çalışmaq vaxtıdır, gecə-gündüzün,

Azadəlik toxmu saçaq hər yana!

 

Nail olmaq arizuya səysiz,

Çox çətindir, mümkün deyil, olamaz!

Bir dəfəlik anlayınız, biliniz,

Səy etməyib çalışmayan bulamaz.

 

Min illərlə məhkum olduq, satıldıq,

Zalımlara, xainlərə, çarlara!

Bir guşeyi-əndazəyə atıldıq,

Əsir olduq, qul olduq əğyarlara!

 

Ey Şərq, ey Şərq! Bəs deyilmi bu yatmaq?

Yabançı əllərdə var-yoxun bitdi!

Bundan artıq daha olmaz yubatmaq,

Yolçular yol alıb hamısı getdi.

 

Bütün dünyalara işıq saçan Şərq,

Bütün hər bir yerin günəşi sənsən!

Nədən oldun bu gün zülmətlərə qərq?

Bir ayılıb gör kimsən, nəçisən!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info