Qonaq Kitabı
MƏZARDAN BİR SƏS

(Yoldan ötənlərə)

 

Gözlərim önündə bu duman nədir?

Yoxsa, görməyirəm bu duman tarmı?

Bu zülmət, bu dəhşət, bu hicran nədir?

Anlamam, burası bəlkə məzarmı?

İlanlar qucaram, zülfündür deyə,

Zəhərlər içərəm, oxşadıb meyə,

Sızlaram, dözərəm hər iniltiyə,

Bivəfa, heç məndən xəbərin varmı?!

 

Ahım atəşilə ulduzlar yandı!

Qanlı göz yaşımdan şəfəq boyandı!

Naləmdən gün doğub, aləm oyandı!

Ey vah, sənin qəlbin bir oyanarmı?..

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info