Qonaq Kitabı
BİR PƏRİ QIZI

Keçən gün könlümün solmuş bağında,

Yeni güllər açmış, lalələr gördüm,

Baharın bu qəmgin, ağır çağında,

Solmuş güllər üzrə jalələr gördüm.

 

Bir yanda durmuşdu bir pəri qızı,

Sandım ki, çıxmışdır Zöhrə ulduzu,

Saçları içində aytək bənizi,

Çəkilmiş, durmuşdu halələr gördüm.

 

Mən solmuş güllərin qaçan rəngini,

Yeni lalələrin açan rəngini,

Könlümə atəşlər saçan rəngini,

Gördükcə könlümdə nalələr gördüm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info