Qonaq Kitabı
BİR GÖZƏLƏ

Səndən ayrıldığım o gündən bəri,

Dəniztək kükrəyib, kaş çağlamazdım.

Hicrinin bilsəydim buymuş səməri,

Vəslində köksümü heç dağlamazdım.

 

Şövkətli başında, ey nazlı dilbər,

Daranmış tellərin zər-tara bənzər,

Nolu divanətək düşüb dərbədər,

Saçını boynuma mən bağlamazdım.

 

Vəslin eyləmişdi könlümü təsxir,

Hicranın boynuma taxdı bir zəncir,

Mən səni bir dəfə görüb də bir-bir,

Dərdimi desəydim, ah... ağlamazdım.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info