Qonaq Kitabı
O YILDIZ GÖZLƏR

Səndən ayrı düşən könlüm nə etsin,

Vəslinin sevdası oynar başımda.

Vəsiyyət etmişəm müsəvvir çəksin

Əksi-rüxsarını məzar daşımda.

 

Hicran havasına gəzdim sərsəri,

Aradım ardınca bütün hər yeri,

O ulduz gözləri gördükdən bəri,

Mən nələr çəkmədim bu az yaşımda.

 

İstərəm ki, görüm o nazlı yarı,

O qönçə ləbləri, gül yanaqları,

Göz yaşım qoysaydı baxardım barı,

Ah!.. Mənə düşmənmiş o göz yaşım da.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info