Qonaq Kitabı
VİCDAN NƏDİR

Vicdan nədir? - Bilirsənmi bu mənəvi bir qüdrət?

İnsanlara eyiliyi, kötülüyü bildirən.

Zülmə qarşı ən sovlətli, ən qəhərli bir qüvvət,

Beyinlərdən cəhlin pasın duyğulara sildirən.

 

Ədalətli bir hakimdir, şəfəqqətli bir pədər,

Mürüvvətli bir komandan, cəsarətli bir əsgər,

Ən bilikli bir mürşiddir, ən bilikli bir rəhbər,

Odur bizi dadlı-dadlı əməllərlə güldürən.

 

O qüvvədir - insanlığı, ədaləti ararkən,

Ruhumuzu düşündürən, hal sözünü dinlədən.

O qüvvədir - bir fənalıq, bir haqsızlıq yaparkən,

Ələmlərlə, xılcanlarla könlümüzü donduran!

 

Bu mürşidin sözlərini dinləməyən bir alçaq,

Vicdansızdır, ədəbsizdir, insanlıqdan pək uzaq!

İnsanları insan edən o qüvvədir bir, ancaq!

Mənən odur, hər bir kəsi dirildən və öldürən!

Bu qüvvəyə baş endirən, səcdə edən insanlar!

Mələklərdən uludur!

Bu pəridən ürküb qaçan vicdansızlar, nadanlar,

Şeytanların quludur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info