Qonaq Kitabı
ŞİKAYƏT

Mən ellər qızıyam, yerlər məskənim,

Göylər pərisinə şəbahətim var,

Solğun bir çiçəyəm, çöhrəmdə mənim,

Ələmi-hicrandan əlamətim var.

 

Köksümdə açmışdır fəcr şəfəqqət,

Könlündə doğmuşdur mehri-məhəbbət,

Parlayır alnımda əxtəri-ismət,

Üzümdə bir başqa məlahətim var.

 

Vətən gülşənində şanlı bir gülgən

Bürüdü dövrəmi duman ilə çən!

Sancıldı könlümə iti bir tikən,

Ürəkdə dincəlməz cərahətim var.

 

Çəkildi könlümə sitəmdən bir dağ,

Düşdüm zülm əliylə eşqimdən uzaq,

Hər kəsdən ziyadə bu işdə, ancaq,

Öz qara bəxtimdən şikayətim var.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info