Qonaq Kitabı
SÜZGÜN NUR

Açarkən qönçələr bərli-bəzəkli,

Gülüm, düçar oldun xarəmi, nədir?!

Ayın qərasında o gecə rəngli

Büründüyün məcar qarəmi, nədir?!

 

Ədayi-həsrət var gül dodağında,

Hümayi-firqət var al yanağında,

Baisi solmanın bu gənc çağında

Könlünə vurulan yaramı, nədir?!

 

Bütün keçmişləri gətirdin yadə,

Firqətindən oldu dərdim ziyadə,

Yoxsa əlindəki şişeyi-badə,

Könlümün dərdinə çarəmi, nədir?!

 

Gənclik səmasının nuri-bülluri

Parladıqca parlar, saçar süruri,

Görürkən mən səndə o süzgün nuri

Derəm, yoxsa bu məhparəmi, nədir?!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info