Qonaq Kitabı
ƏLAC

Yaralı könlümə gözüm yaşını

Hər kəsdən sordumsa, dərman dedilər.

Mən də atdım, odur, gülgü daşını,

Sandım dərmanımı asan, dedilər.

 

Ağladım-sızladım, axır yoruldum,

Xəzan yarpağıtək saralıb soldum,

Nə dərdim sağaldı, nə dərman buldum,

Axır kəndimə də giryan dedilər.

 

Çocuqlar işiymiş ağlamaq, yatmaq,

Kişiyə yaraşmaz yaşlar axıtmaq,

İstər imişsənsə yara sağaltmaq,

Elmə qılmalıymış iman, dedilər.

 

 Biliklə çalışmaq, hümmətlə getmək,

Həyatla çarpışmaq, səylər etmək,

Hər şeyin dərmanı bu imiş, demək!

Ancaq bircə buna inan, dedilər!

 

Gurladım göy kimi, sədalar verdim,

Şimşək kimi çaxdım, hər yerə irdim,

Həyatla çarpışdım, onu da verdim,

Al, sənə, budur, get, dərman dedilər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info