Qonaq Kitabı
Təkbeytlər

Şəhrdən şəhrə gedib çox yeri gəzməkdənsə,

Könlümün şəhrinə, ey dil, elə rindanə səfər.

 

***

Çox çalışdım dərdi-eşqə bəlkə olsun bir əlac,

Çünki müşkül dərddir, heç bir əlacı olmadı.

 

* * *

Hər kəs baxarsa güzgüyə ancaq görər özün,

Əlbəttə, onda düzləyəcək əyrisin, düzün.

 

***

Yatma qəflət yuxusunda bir ayıl, ey qafil,

Anla var hər işə bir qaidə, bir həddü hüdud.

 

                                      * * *

Guşeyi-xəlvətdə zöhd ərbabı cənnət axtarır,

Bixəbərdir kim, bu yolda iş görərmiş inqilab.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info