Qonaq Kitabı
Öldüm

Mənə, ey pəri, eylə bir çarə, öldüm,

Əlindən mən oldum günü qarə, öldüm.

 

Qəmü möhnətində gecəm-gündüzüm yox,

Nə qədr incidirsənsə, incit, sözüm yox!

Cahan içrə heç şeydə yoxdur gözüm, yox!

Fəqət, mailəm mahi-rüxsarə, öldüm!

Əlindən mən oldum günü qarə, öldüm!

 

Deyib dərdimi, istədim çarə səndən,

Təzərrö yalvarə-yalvarə səndən.

Dəva olmadı bu dili-zarə səndən,

Məni, ey sənəm, yaxma odlarə, öldüm!

Mənə, ey pəri, eylə bir çarə öldüm!

 

Bu olmaz, yəqindir, gözəllər cəfasız,

Cəfasız gözəllər olurlar səfasız.

Mənə etmə tərki-cəfa, ey vəfasız!

Cəfa tərkin etmə məni-zarə, öldüm!

Əlindən mən oldum günü qarə, öldüm!

 

O gündən ki, bir yerdə sənlə görüşdüm,

O gündən ki, eşqində damə ilişdim,

Qəmindən, vəfasız, böyük dərdə düşdüm!

Gəlib qılmadın çarə, biçarə öldüm!

Mənə, ey pəri, eylə bir çarə, öldüm!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info