Qonaq Kitabı
İgidlər marşı

Biz çocuqkən anamız çalaraq laylay bizə,

Öyrətdi qəhrəmanlıq, bunu verdi pay bizə.

Yer üzündə bir ordu varmı olsun tay bizə,

Biz şanlı ölkəmizin igid əsgərləriyik,

Qovğada hər birimiz yüzlər bərabəriyik.

 

Əlimizin birində oynamaqda qılınclar,

O birində qələmlər gün kimi işıq salar.

Sevdamızın telləri şirin nəğmələr çalar,

Biz şanlı ölkəmizin igid əsgərləriyik.

Qovğada hər birimiz yüzlər bərabəriyik.

 

Tabe olmuş döyüşdə dəryalar, dağlar bizə,

Boyun əymiş hər işdə zamanlar, çağlar bizə,

Afərinlər söyləyir nəhrlər, çaylar bizə,

Biz şanlı ölkəmizin igid əsgərləriyik.

Qovğada hər birimiz yüzlər bərabəriyik.

 

Biz xalqımız uğrunda candan keçən ərlərik,

Düşmənlərin fikrini duymuş vətənpərvərik,

Yurdumuzdan bir qarış bir kimsəyə vermərik,

Biz şanlı ölkəmizin igid əsgərləriyik.

Qovğada hər birimiz yüzlər bərabəriyik.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info