Qonaq Kitabı
Nə vaxtadək?

Nə vaxtadək o gözlərə həsrət çəkib ağlayım?

Nə vaxtadək hicr oduyla ürəyimi dağlayım?

Nə vaxtadək dil yarasın mən məlhəmsiz bağlayım?

Bir gün olmaz yarə könlüm sızlamaz, dincəlməzmi?

İnadından əl çəkərək, yarım rəhmə gəlməzmi?!

 

Bir fikr elə, hicranına xəstə könlüm dözərmi?

Sınıq kəşti dərin dərya üzərində üzərmi?

Sənsiz könlüm dil mülkündə yaşayarmı, gəzərmi?

Bir gün olmaz yarə könlüm sızlamaz, dincəlməzmi?

İnadından əl çəkərək, yarım rəhmə gəlməzmi?!

 

Ahim odu hər gün məni yandırarkən, yaxarkən,

Əhvalıma rəhm etməyib sən şad olub baxarkən,

Mən soraram allahımdan gözüm yaşı axarkən,

Bir gün olmaz yarə könlüm sızlamaz, dincəlməzmi?

İnadından əl çəkərək, yarım rəhmə gəlməzmi?!

 

Məhəbbətlə axan yaşlar təsirsiz olammaz!

Derlər gülən daş ürəklər ondan əsər alammaz!

Könlüm yanır, odur sənin könlün xəbər alammaz,

Bir gün olmaz yarə könlüm sızlamaz, dincəlməzmi?

İnadından əl çəkərək, yarım rəhmə gəlməzmi?!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info