Qonaq Kitabı
Təxmis (Füzulidən)

Mühitin dəsti-qəddarində cari yüzdə göz yaşim,

Əlacim qeyri-qabil, qatilim həm kəsmədə başim,

Nə baisdir, vəfasız, bir deməzsən noldu sirdaşım?

“Deyilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,

Nola xəm olsa qəddim, səndən artıqdır mənim yaşim”.

 

Pərü bali yanıq pərvanəyəm, çün, nari-eşq içrə,

Mənə atəşdən özgə yox olan qəmxari-eşq içrə,

Odur heç kimsə acınmaz olurkən zari-eşq içrə,

“Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə.

Gözüm hər dəm dolub, min daşə hər saət dəgər başim”.

 

Vücudim məhv olub eşq atəşiylə, bir həvayəm mən,

Sınıq ney tək gərəksiz, bəndü bəndimdən cidayəm mən,

Rəhi-sevdadə qəmlər düşgünü, bir binəvayəm mən,

“Sirişkim al, bağrım parə, bir kuhi-bəlayəm kim,

Həmişə laləvü ləl ilə rəngindir içim, daşim”.

 

Mühitim atəşi-Nəmrudə bənzər, odlanıb guya,

Xəlili-əsr olub mən, atəş içrə tutmuşam məva,

Yana min dəfə gər, cismi-zəifim, etməzəm pərva,

“Mənə manənd bir divanə surət bağlamaz, guya,

Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşim”.

 

Edən məxluqə zülm, övladi-həmmali-hətəbdəndir,

Bu vazehdir ki, övladin qüsuri ümmü əbdəndir,

Yəqin, bir çarə varsa, Bədriya, elmü ədəbdəndir,

“Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir,

Gühərlər tökdü israf ilə, bu çeşmi-gühərpaşim”. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info