Qonaq Kitabı
Təxmis (Nizamidən)

Eylədim bir neçə il nəqşeyi-mehrabə sücud,

O sücud ilə sanırdım olu hasil məqsud,

Oldu axir yüzümə babi-hidayət məsdud.

“Duş rəftəm be xərabat, məra rah nəbud,

Mizədəm naləvü fəryad, kəs əz mən nə şünud”.

 

Bu ümid ilə ki, bir rindi-şəfiqi meyxar,

Sorsa kimdir, edərəm dərdi-dilimyi izhar,

Qapunı bir neçə yol döyməyə oldum vadar,

“Ya nə bud hiç kəs əz badəfüruşan bidar,

Ya ki mən hiç kəsəm, hiç kəsəm dər nə güşud”.

 

 Gecə tarik, hava qat-qarışıq, dildə kədər,

Eylədim “faliqül-əsbah” duasın əzbər,

Gözlədim, olmadı bir kəs, nə də bir səsdən əsər,

Pasiəz şəb çü be şüd biştərək, ya kəmtər,

Rindi əz ğürfə birun kərd sərü rüx be nümud”.

 

Saldı hər bir yana diqqətlə nəzər ol dahi,

Dəşti-heyrətdə görüncə yol azan səyyahi,

Suz ilə çəkdi kədərdidə könüldən ahi,

“Qoft, xeyrəst, dərin vəqt kera mixahi?

Biməhəl amədənət bər dəri-ma bəhri çe bud?”

 

Ərz qıldım ki, uzaqdan dolanıb kuybəkuy,

Gəlmişəm ta ki, sürüm, dərgəhi-meyxanəyə ruy,

Buradan gəldi məşami-dilə həqdən bir buy,

“Qoftəməş dər be güşa, qoft borov hərzə məguy,

Kəndərin vəqt kəsi bəhri kəsi dər nə güşud”.

 

Söylədi dildə sənə olmasa da xoşayənd,

Bir nəsihət eləyim, get, bura olma pabənd,

Yer üzündə bu müqəddəs yerə yoxdur manənd,

“İn nə məscid ki be hər ləhzə dərəş begşayənd,

Ki to diyr aiyü əndər səfi piş isti zud”.

 

O adamdır ki, olub məscidi-meyxanəyə bənd,

Atamazlar, ucadır, güngüreyi-eşqə kəmənd,

Çapamaz burda yəqin zöhdü riya əhli səmənd,

“İn xərabati-müğanəst, dəru rindanənd,

Şahidü şəmü şərabü şəkərü nayü sürud”.

 

 Boş qayıtma sənə bir rəmz deyim, ey zair,

Ki sənin istədiyin mətləbə olsun dair,

Nuri-həq sağəri-saqidən olubdur zahir,

“Hərçi dər cümleyi-afaq dərinca hazir,

Möminü saibiyü kəbrü nəsaravü yəhud”.

 

Eşq sultanına təslim eləyib mülki-təni,

Ram qıl əmrinə nəfsin kimi bir əhrəməni,

Sonra gəl gör bu vəfadən qurulan əncüməni,

“Gər to xahi ki dəm əz söhbəti inan bezəni,

 Xaki payi həmə şov ta ki beyabi məqsud”.

 

Eşqü sevdadən uzaq saldı səni rahi məcaz,

Bədriya, azma, elə çeşmi-dili-batili baz,

Nə deyir bircə gör, ol şairi-sərməhrəmi raz,

“Ey Nizami bedəri-dil benişin həmçü Əyaz,

Ta müyəssər şəvədət söhbəti-Soltan Məhmud”.



 

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info