Qonaq Kitabı
İndi ki, eylədin, ey məh, məni heyran özünə

İndi ki, eylədin, ey məh, məni heyran özünə,

Vaqif ol halıma, ta gəlməyə nöqsan özünə.

 

Ol qədər bari-qəmin çəkdim olub qəddim xəm,

Gəlməsin bari-qəmin işləri asan özünə.

 

Şanə vurduqca, nigara, o pərişan zülfə,

Telbətel valeh olur zülfi-pərişan özünə.

 

Nəzrdir, yetsə əlim vəslinə qurban demişəm!

Gəl alıb canımı, qurtar, elə qurban özünə.

 

Açamam dildə olan dərdimi əğyarlərə,

İzn versən, deyərəm mən onu pünhan özünə.

 

Aşiqimdir demə Bədrini, səki-kuyindir,

Səni tari bu qədər söyləmə böhtan özünə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info