Qonaq Kitabı
Sanma kim, bir qətrə abəm, çeşmi-tərdən düşmüşəm

Sanma kim, bir qətrə abəm, çeşmi-tərdən düşmüşəm,

Xuni-həsrətdidəyəm, yanmış cigərdən düşmüşəm.

 

Rəngi-alimdən şəfəq almış meyi-gülgün gedib.

Həmdəm olmuş yarə, amma, mən nəzərdən düşmüşəm.

 

Göydə min-min şəmilər yaxmışdır ahım atəşi,

Könlümü yaxmış nədən, yarəb, əsərdən düşmüşəm?

 

Mən üqabi-eşqü sevdayəm səmalardır yerim,

Ey kəbutər, kərçi indi balü pərdən düşmüşəm.

 

Əsrlərdir çəkdiyim çiynimdə hicran barını,

İndi amma, ixtiyar olmuş, hünərdən düşmüşəm.

 

 Mən qələm nurilə cəhlin mülkünü tutmaq üçün,

Bir şüayəm, Bədriya, ahi-səhərdən düşmüşəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info