Qonaq Kitabı
Rəqabət qıldığıyçın bərki-gül yarın yanağilə

Rəqabət qıldığıyçın bərki-gül yarın yanağilə,

Solub, torpaqlar üzrə düşdü, tapdandı ayağ ilə.

 

Təriqi-eşqi, ey qafil könül, biganədən öyrən,

Necə xəlvətsərayi-vəslə yol bulmuş çirağ ilə.

 

Dağılmış zülfünü yarın əgər hörməkdir amalın,

Məhəbbətlə gedib hər dəmdə həmbəzm ol darağ ilə.

 

Səri-kuyi-nigari, derdilər, mümkün deyil bulmaq,

Çox illər gəzdim, axır, axtarıb tapdım soraq ilə,

 

Tələb vifqilə buldum mülki-laəfnayi-sevdayı,

O sevda içrə, Bədri, yaşaram min təmtərağ ilə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info