Qonaq Kitabı
Nə istiğnadır, ey gül, göstərirsən bülbüli-zarə

Nə istiğnadır, ey gül, göstərirsən bülbüli-zarə,

Qəmi-hicrindən olmuş qönçələrtək könlü sədparə.

 

“Ənəlhəq” söylərəm eşqində, dincəlməm gecə-gündüz,

Çəkilsəm mən yoxumdur  bak əgər Mənsurtək darə.

 

Günahim sabit eylə xəlq görsün kim, günahkarəm

Günahım yox ikən mən binəvanı yaxma odlarə.

 

Könul verdim sənə, ey şux, ta xoş olsun əhvalım,

Gecəmtək gündüzüm də imdi hicrindən olub qarə!

 

Nədən rəhm etməyib dərdi-fəraqə hicr dəştində,

Qoyub Bədrini həsrət gül üzarə, etdin avarə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info