Qonaq Kitabı
Qıldım nəzarə zülfi-çəlipayi-yarə mən

Qıldım nəzarə zülfi-çəlipayi-yarə mən,

Görcək, əsiri-dərdü qəm oldum dübarə mən.

 

Göz nuri getdi, qalmadı könlümdə ixtiyar,

Ey kaş, qılmayaydım əzəldən nəzarə mən.

 

İstər qoya fələk məni həsrət cəmalına,

Bilməm, nə etmişəm fələki-gəcmədarə mən?!

 

Bir çarə qılmadın bu dili-biqərarıma,

Yarəb, qılım nə çarə, dili-biqərarə mən?

 

Zənciri-zülfə bağla bu divanə könlümü,

Ta bəlkə kəlməyəm bu qədər ahü zarə mən.

 

Bədri, nolaydı, qismət olaydı, üzarımı —

Sürtəydim arizu ilə kuyi-nigarə mən! 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info