Qonaq Kitabı
Yarı gördükdə, dedim, müşkülüm asan oldu

Yarı gördükdə, dedim, müşkülüm asan oldu,

Daha hər dərdimə bundan belə dərman oldu.

 

Ey mənə səbr yolun göstərən ərbabi-səfa,

Nə qədər səbr edim hicrində, könül qan oldu!

 

O qədər yar qəmin çəkdim, olub qəddim xəm,

Qəddi-mövzunum əyildi belə, çovkan oldu.

 

Axtarırdın təni-zəf içrə keçən gün canım,

Hanı can məndə, o çoxdan sənə qurban oldu.

 

Baği-hüsnündə küli-ruyini bu Bədriyi-zar,

Görcəyin sızladı, bülbül kimi nalan oldu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info