Qonaq Kitabı
Nigarın zülfi-ənbarbarın öpsə şanələr bir-bir

Nigarın zülfi-ənbarbarın öpsə şanələr bir-bir,

Həsəddən dil yanar, çeşmim tökər dürdanələr bir-bir.

 

Nə zalim şah imişsən, ləşkəri-hüsnün çəkib hər dəm,

Törətdin mülki-dildə çox böyük viranələr bir-bir.

 

Könüllərdir alan pərvanətək şəmi-rüxün dövrün,

Nola ol atəş içrə yansalar pərvanələr bir-bir.

 

Nigara, müflisi-eşqəm, tükənmiş taqətim, tabım,

Tərəhhüm qıl mənə, gör, rəhm edir biganələr bir-bir.

 

Tapılmaz bir nəfər əhli-cünun, Bədri, tapar səhhət,

Əgər zənciri-zülfə bağlana divanələr bir-bir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info