Qonaq Kitabı
Baxma əba-qəbayə, nə surət, nə sirətə

Baxma əba-qəbayə, nə surət, nə sirətə,

Ey dil, baxanda baxgilən ancaq həqiqətə,

 

Axtar tap həqqi, həqdən iraq olma, həqqi gör,

Həqqə bacardığınca çalış tabeiyyətə.

 

Azğınlıq etmə, həqq yolu tut, həqq yoluyla get,

Tutsan bir özgə yol, düşəcəksən məzəllətə.

 

Varsa cahanda zövq, o da sidqü səfadadır,

Sidqü səfayə adət elə, uyma qəflətə.

 

Həq nami söylə, neylədi təslimi can elə,

Ver həq yolunda ömrünü, Bədri, nəhayətə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info