Qonaq Kitabı
Bir zərrəcən gəlməz mənə rəhmi, nədəndir, yarımın

Bir zərrəcən gəlməz mənə rəhmi, nədəndir, yarımın -

Qəlbi məgər ətdən deyil, daşdanmıdır dildarımın?

 

Hicrilə bimar olmuşam, ol mahru bir gün deməz,

Yarəb, gedim bir kəz sorum əhvalını bimarımın.

 

Gözdən tökülən yaşlarım parə cigərim qanidir,

Təqsiri yoxdur saçmada qan dideyi-xunbarımın.

 

Candan təmə kəs, ey tənim, ani burax, ta kim, gedib,

Bülbül kimi kuyində can versin küli-bixarımın.

 

Yazsam əgər Bədri kimi, möcüzlər izhar eyləsəm,

Yoxdur yanında tük qədər qədri bütün əş'arımın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info