Qonaq Kitabı
Dildə qəmzən yarəsi, ey məh, kifayətdir mənə

Dildə qəmzən yarəsi, ey məh, kifayətdir mənə,

Bir də üst-üstündən ox vurmaq nə hacətdir mənə.

 

Heyrət etmə ruzü şəb gördükdə ahü zarimi,

Mübtəlayi-eşq olan gündən bu adətdir mənə.

 

Səndən özgə bir kəsim yox, kim, yetişsin dadıma,

Bir deyil dəşmən, bu eldir, bu cəmaətdir mənə.

 

Xalq üçün bir gün qiyamət var deyirlər cümləsi,

Qamətin hər görməyən gün bir qiyamətdir mənə.

 

Bədriyəm, bir dəfə bəsdir sorsa hali-zarimi,

Bundan artıq lütflər qılsa xəcalətdir mənə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info