Qonaq Kitabı
Qəmlə mənus ol ki, qəm zövqü səfadən yaxşıdır

Qəmlə mənus ol ki, qəm zövqü səfadən yaxşıdır,

Ey könül, biganə var ki, aşinadən yaxşıdır.

 

Yar cövrü möhnət artırmaz, məhəbbət artırar,

Eşqdə cövrü-cəfa, mehrü vəfadən yaxşıdır.

 

Ruzigarın sədməsiylə rəxnə tapmaz mülki eşq,

Çünki bu mülk əsl-özəldən, həm binadən yaxşıdır.

 

Sev vətən torpağını, hifz et ki, bir çimdik tozu –

Ağlayan hər bir göz üçün tutiyadən yaxşıdır.

 

Biəda olma, sədaqətpərvər ol, Bədri, yəqin -

Bir nəfər əhli-əda min biədadən yaxşıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info