Qonaq Kitabı
Bunca xəstə könlümə zülm etmə, ey qaşı kaman

Bunca xəstə könlümə zülm etmə, ey qaşı kaman,

Zülmi-nahəqdən, yəqin titrər zəminü asiman.

 

Çeşmi-məstin qətlimə əldə tutub şəmşiri-tiz,

Ələman cəlladi-xunaşam əlindən, ələman.

 

Navəki-qəmzən açıb sinəmdə min-min yarələr,

Yox əlacım, halım olmuş ah.., gün-gündən yaman.

 

Ey mənə “tab et” deyən, eşq aləmindən bixəbər,

Eşq olan yerdə olurmu taqətü tabü təvan?

 

Atəşi-hicrində yandır canı, qurtar, Bədriya,

Bir daha ol mahruyin vəslinə yoxdur güman. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info