Qonaq Kitabı
Dil ki, vəsl istərdi daim nazlı yarımdan mənim

Dil ki, vəsl istərdi daim nazlı yarımdan mənim,

Yarı görcək noldu, getdi ixtiyarımdan mənim?

 

Ol qədər həsrət əlilə başa vurdum, ağladım

Təngə gəldi, aqibət, el ahü zarımdan mənim.

 

Görsəniz yanğın səma üzrə təəccüb etməyin,

Od tutub hicran günü yanmış şərarımdan mənim.

 

Həq yolunda yandırılsam nari-hicrilə nə qəm,

Gündə min aşiq olur peyda qubarımdan mənim.

 

Bədriya, düşsə güzarı qəbrimə eşq əhlinin,

Macərayi-hicri dərk eylər məzarımdan mənim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info