Qonaq Kitabı
Haçan zəlfən kəməndin bircə ləhzə yad edər könlüm

Haçan zəlfən kəməndin bircə ləhzə yad edər könlüm,

İlan görmüş qaranquşlar kimi fəryad edər könlüm.

 

Xəzani-təfriqə soldurmuş eyşim, gülşənim, oldur,

Bahari-hüsnün əyyamından istimdad edər könlüm.

 

Çəkərsəm bir nəfəs ah, odlanır məbədgahi-zahid,

Gər istərsəm, bir ahilə, onu abad edər könlüm.

 

Vəfasız mahrulərdən cəfa çəkdimsə eyb etməz,

Cəfa gördükcə səndən, ey pərivəş, dad edər könlüm.

 

Sınıq qəlbim vəfa umduqca səndən çox cəfa gördü,

Cəfavü cövrünə əlbət onu mötad edər könlüm.

 

Dənizdə qan görən ellər kimi birdən tutur dəhşət,

Odur Bədrisifət izhari-istiad edər könlüm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info