Qonaq Kitabı
Göz mərdümi kim, əşki tökər bir gilə sənsiz

S ə y y a r

Göz mərdümi kim, əşki tökər bir gilə sənsiz,

Bir tifldir ağlar, mənə eylər gilə sənsiz.

 

V a h i d

Bilməm yenə çeşmim nə xəta eyləmiş, ey büt,

Aşub düşüb məmləkəti-Babilə sənsiz?!

 

B ə d r i

Bir dəfə dönüb guşeyi-çeşm ilə də baxmam,

Dünyaya gözəllər gələ min qafilə sənsiz.

 

V a h i d

Zövrəq kimi əmvaci-qəm içrə elə qərqəm,

Tufan da məni qaldıramaz sahilə sənsiz.

 

B ə d r i

Yüz dəfə əgər şəmi rüxünlə dili-aşiq,

Pərvanə kimi yansa da gəlməz dilə sənsiz.

 

V a h i d

Şur ilə görüb naləmi, ey şux, məğənni -

Öz tarını çəkdi zilə fəryadilə sənsiz.

 

Ta görməsəm ol müshəfi-rəxsarini bir də,

Min canım ola, vermərəm Əzrailə sənsiz.

 

B ə d r i

Ey lalə rüxüm, Bədriyə heyranam o gündən,

Hala da yaşar sinədə min dağilə sənsiz. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info