Qonaq Kitabı
Əgər görməzsə hər gün zülfi-yari şanə dincəlməz

Əgər görməzsə hər gün zülfi-yari şanə dincəlməz,

Bu vazehdir ki, zəncir olmasa divanə dincəlməz.

 

Ləbin şövqilə qan oldu, yenə dincəlmədi könlüm,

Bu qan olmuş nədəndir dönsə min yol qanə, dincəlməz!

 

Edər fəryad könlüm, sanki, bir quşdur ilan görmüş,

Saçın yad eylədikcə dözməyib hicranə, dincəlməz.

 

Vətən cəlladi, dincəlləm, deyərsə, eyləmə bavər,

Onun hər bir sözü əfsanədir, əfsanə, dincəlməz.

 

Vətən aşiqləri pərvanədir, nazlı vətən bir şəm,

O şəm içrə özün yandırmasa pərvanə, dincəlməz.

 

Dağılmış yurdunu Bədri əliylə etməsə abad,

Rəqibin mülkünü gər qoymasa viranə, dincəlməz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info