Qonaq Kitabı
Yoxdur, əlində, ey könül, hərçənd ixtiyar

Yoxdur, əlində, ey könül, hərçənd ixtiyar,

Səbr eylə, bunca eyləmə ruzü şəb ahü zar.

 

Hər bir nəfəsdə vermə yanıq ney kimi nəva,

Qoy, naləni eşitməyib incinməsin nigar.

 

Bəlkə bu hal ilə görüb öz hicri mürdəsin,

Tutsun əlin, tərəhhümə gəlsin o gülüzar,

 

Can nəqdin əldə nəzr tutub eylərəm dua,

Sübhü məsa yolunda qalıb çeşmim intizar.

 

Bədri, məlamət etsə səni xəlq, həqqi yox,

Çəksən sən iştiyaq ilə, kər çevrənə hasar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info