Qonaq Kitabı
Nigarım əldə tutub cam lalə şəklində

Nigarım əldə tutub cam lalə şəklində,

Yanında mən də varam həmpiyadə şəklində.

 

Bir ay çəkib onu rəssam, dövrəsində onun,

Durub mənim kimi neçəsi halə şəklində.

 

Xəyalə qəmzəsi düşdükcə yandırır bir od,

Bu qəmli könlümü bir ahü nalə şəklində.

 

Yaralı sinəmə eşqin əli çəkib bir dağ,

Necə ötüb görünür daği lalə şəklində.

 

O qədr uzun, o qədr qəmlidir hekayəti-eşq,

O sığmaz heç yerə, Bədri, məqalə şəklində

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info