Qonaq Kitabı
Düşəli vəsfi-ləbi-yar dəhəndən dəhənə

Düşəli vəsfi-ləbi-yar dəhəndən dəhənə,

Xislətindən küli-tər qaçdı çəməndən çəmənə,

 

Nə xəta idi o ahunigəhə oldum əsir,

Məni səyyad kimi çəkdi Xütəndən Xütənə.

 

Gah xərabat vətən oldu mənə, gahi deyr,

Gəzdim ardınca sorağınla vətəndən vətənə.

 

Getməsindən könül incinməz idi ol şuxun,

Məni bir lütf ilə sorsaydı gələndən gələnə.

 

Bu qəzəl Nabiyə bənzər, deyə, yazdın, Bədri,

Leyk yerdən göyə var fərqi süxəndən süxənə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info