Qonaq Kitabı
Dağıdıb zülfünü rüxsarə pərişan etmə

Dağıdıb zülfünü rüxsarə pərişan etmə.

Könlümü şaneyi-zülfün kimi şan-şan etmə.

 

Ədlü insaf ilə abad elə viranələri,

Yoxsa abadı yıxıb zülm ilə viran etmə.

 

Ürəyin sirri dilim yarəsinin məlhəmidir,

Gizlədib məndən, əzizim, onu pünhan etmə.

 

Yetişər, tiri-nigahınla axıtdın qanım,

Qanlını qan tutar axır, bu qədər qan etmə,

 

Rəhm qıl, Bədriyi-nalanı qapından qovma,

Bir gədadır, onu məyusü pəşiman etmə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info