Qonaq Kitabı
Olmasa ləli-ləbin badeyi-nab olmaz idi

Olmasa ləli-ləbin badeyi-nab olmaz idi,

Badeyi-nabidə bu ləli-müzab olmaz idi.

 

Anlasaydı dəhənin sirrini zöhhadi-cünun,

Bu qədər eşqini təhsilə kitab olmaz idi.

 

Almasaydı gün əgər pərtövi-hüsnündən nur,

Yoxsa şəms aləmə mərkəzdə hesab olmaz idi.

 

Gəlməsəydi bu cahan mülkünə övladi-bəşər?

Bərqi ah ilə yanıb xanəxərab olmaz idi.

 

Bədriya, badeyi-gülnar ilə məst olsa idim,

Qəm şişində bu könül mürğü kəbab olmaz idi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info