Qonaq Kitabı
Bu naz ilə duran ol sərv qamətimdü mənim!

Bu naz ilə duran ol sərv qamətimdü mənim!

Alan kənarını səbr ilə taqətimdü mənim!

 

Nedim ki, başıma ol sərv sayəsin salmaz!

Qılım nə çarə ki, həqdən bu qismətimdü mənim.

 

Könül, hesabə ol hazir, gəlir o mahliqa,

Edib qiyami qiyamət qiyamətimdü mənim.

 

Nə ruh var, nə rəvan var, bütün bu könlümdə,

Qalan bir əksi-rüxün, bir də həsrətimdü mənim.

 

Nə bais oldu qulaq vermədün şikayətimə?

Sənə bu dəfə bu axır şikayətimdü mənim.

 

Dedim, nigar, məni-zari bəsdir, incitmə!

Dedi ki, aşiqi incitmək adətimdü mənim.

 

Nə qədər zülm edə, Bədri, o mahru dözərəm,

Onun o zülmləri eyni rahətimdü mənim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info