Qonaq Kitabı
Bildi olmaz əql ilə həm rütbəvü həm payə söz

Bildi olmaz əql ilə həm rütbəvü həm payə söz,

Asimandan əqlə xidmətçün yenib dünyayə söz.

 

Söz böyükdür, doğrudur, çün əql ilə ülfət qılıb

Ol səbəbdən xoş gəlir, hər sahibi-mənayə söz.

 

Qanmayan namus mənasın, qanarmı söz nədir?

Kordur o, görməz gözü, nurun, dönə gör ayə söz.

 

Zahidi-xudbin həqiqətdən dəm vursa, çox əcəb,

Bildiyi oldur, nə etsin, qanə, ya qanmayə söz.

 

Sordum ərbabi-həqiqətdən sözün mənasını,

Söylədi, bundan belə, Bədri, demə biqayə söz.

 

Sənə hər dərdimi, ey sərvi-xuraman, demişəm.

Mən bütün dərdimə bir vəslini dərman demişəm.

 

Həlqeyi-zülfünü görcək dili-suzanıma mən,

Nə qədər var nəfəsin şölə çəkib yan, demişəm.

 

Vəslinə yetsə əlim, itlərinə nəzr olsun,

Dili-məcruhimi bu rahidə qurban demişəm.

 

 

Dalğalardır vuruşur baş-başa könlüm içrə,

Bəhrdə dalğa olur, gər, ona tufan demişəm.

 

Hüsnünə tanrı deməkçün çəkilərsəm darə,

Etmişəm xovf, buna qılmışam iman, demişəm.

 

Tanrı, Bədri, sənə rəhm eyləyib ol bədxunun

Könlünə rəhmü mürüvvət edə ehsan, demişəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info