Qonaq Kitabı
Gülzari-vətən içrə bu nə zağü zəğəndir?

Gülzari-vətən içrə bu nə zağü zəğəndir?

Zağü zəğənə yoxsa ki, gülzar vətəndir?

 

Gəl şurə, çıxar sövtini, yax aləmi, yandır.

Ey bülbüli-təbim, bu kədər səndə nədəndir?

 

Ahəstə gedib söylə qulağinə rəqibin,

Naməhrəmə bu yerdə gəzinmək qədəğəndir.

 

Bir qitə vətən torpağı çeşmi ürəfadə,

Əfzəldir o şeydən ki, o, zahid diləyəndir.

 

Oxşatma vətən bağını firdövsi-bərinə,

Bədri ora bir başqa, bu bir başqa çəməndir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info